Lamin Yamal mükafatlandırıldı
22.04.2025 , 17:30

Lamin Yamal “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatına layiq görülüb.
Korner.az xəbər verir ki, 17 yaşlı gənc oyunçu “Barselona” akademiyasının yetirməsidir.
İspaniyalı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, ötən il bu nominasiyanın qalibi “Real”ın gənc ulduzu Cud Bellinqem olub.
