Lamin Yamal ilin ilk məşqində görünmədi
02.01.2026 , 10:54
“Barselona”nın gənc hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqində iştirak etməyib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu məşq bazasına gəlsə də, qısa müddət sonra oranı tərk edib.
Bildirilib ki, Yamal özünü tam yaxşı hiss etmədiyi üçün məşqdən kənarda qalıb. Bununla belə, onun yanvarın 3-də La Liqa çərçivəsində “Espanyol”a qarşı keçiriləcək Kataloniya derbisində meydana çıxmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Lamin Yamal cari mövsümdə La Liqada keçirdiyi 14 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.