Lamin Yamal Avropada driblinq lideri oldu
17.02.2026 , 19:56
Avropanın beş böyük liqasında bu mövsüm 100-dən çox uğurlu driblinq edən ilk futbolçu Lamin Yamal olub.
Korner.az xəbər verir ki, “Barselona”nın 18 yaşlı gənc hücumçusu bu nəticəyə çatmaq üçün 199 dəfə cəhd göstərib.
Reytinqdə ikinci sırada Yan Diomande qərarlaşıb. “Leyptsiq”in oyunçusu 138 cəhdin 74-də rəqibini keçməyi bacarıb.
Yamal indi Avropada driblinq statistikasında ön sıralarda yer alır və məhsuldarlığı ilə diqqət çəkir.