Lamin Yamal 2025/2026 mövsümünün driblinq lideridir
03.12.2025 , 22:45
“Barselona”nın gənc hücumçusu Lamin Yamal 2025/2026 mövsümündə La Liqada ən çox uğurlu driblinqlə seçilən futbolçu olub.
Korner.az xəbər verir ki, 19-cu turda “Atletiko” ilə oyunda (3:1) 9 uğurlu driblinq həyata keçirən Yamal mövsüm boyunca ümumilikdə 60 uğurlu cəhdlə siyahının başında yer alıb.
İkinci sırada “Real”ın oyunçusu Kilian Mbappe (39), üçüncü yerdə isə 32 driblinqlə həm Vinisius Junior (“Real”), həm də Həsəm Həsən (“Ovyedo”) qərarlaşıb.
Mövsüm ərzində 11 oyunda meydana çıxan 19 yaşlı Yamal 5 qol vurub və 8 məhsuldar ötürmə ilə diqqət çəkib.