İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un futbolçusu Adam Lallana son dönəmlər komandanın uğursuz çıxışı ilə bağlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, ingiltərəli futbolçu təcrübənin önəmli olduğunu deyib:
“Çelsi” daha çox təcrübəyə sahibdi və çempion olmaq üçün bundan istifadə edir. Komanda yaxşı vəziyyətdə olmayanda belə necə qazanacağını bilir. Hər oyunda 5 və ya 6 qolla qalib gəlmək məcburiyyətində deyilsiniz. Daha çox təcrübəyə sahib olmalıyıq”.
Futbolçu komanda yoldaşı Ceyms Milner haqqında da danışıb: “Milner komandada çempionluq təcrübəsinə sahib yeganə futbolçudu. Mən və digər futbolçular kubok və ya kuboklar qazanmamışıq. Buna görə də, ona qulaq asmalıyıq və bir şeylər öyrənməliyik. Təcrübə çox böyük önəm daşıyır. Liqada qalib gəlməyin yolunu tapmalıyıq və qazanmalıyıq”.
