Lakazett: “Bakıda final oynamaq istəyirik”
03.05.2019 , 10:16

“Arsenal” klubunun futbolçusu Aleksandr Lakazett “Valensiya” ilə oyundan sonra açıqlamalar verib.
Fransalı oyunçu Bakıdakı finala çıxmaq üçün mübarizə apardıqlarını deyib.
“İspaniyada bizi çox çətin oyun gözləyir. Ona görə də çalışdığımız qədər çox qol vurmaq istədik. Bir neçə önəmli epizod qaçırmış ola bilərəm, amma qələbə qazandığımız üçün xoşbəxtəm. Premyer Liqanı ilk 4-lükdə bitirmək və eyni zamanda Bakıdakı finala vəsiqə qazanmaq istəyirik.”
Qeyd edək ki, “Arsenal” ilk görüşdə “Valensiya”nı 3:1 hesabı ilə məğlub edib.
