big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAHİYƏ: 90-ları görüb bu günü düşünən və gələcəyə proqnoz verən Marat Salyanski

15.05.2017 , 06:00

Korner.az və Sportfm.az saytlarının “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində üçüncü yazısı
Kolumbiyada keçirilən son dünya çempionatında futzal yığmamızın uğurlu çıxışı fonunda “Araz”ın UEFA Kubokunun elit-raundunda  uğursuz çıxışı, adlı-sanlı məşqçilərin ölkəmizi tərk etməsi qəribə görünə bilər. Bu qəribəliyə Azərbaycan bayrağı altında çıxış edən Fineo, Edu, Vassaro və s. adlı “həmyerlilərimizi” əlavə etdikdə ortaya çıxan problemin kökünün necə dərində olduğunu sezmək mümkündür. Adı Azərbaycan futzalı ilə yanaşı çəkilən, yığmamızın sabiq qapıçısı, “Araz” futzal klubunun idman direktoru Marat Salyanskinin mövcud problemlərə öz baxış bucağı var. Veteran oyunçu ilə söhbətə bu idman növünə gəlişindən başladıq: 
– İlk vaxtlarda böyük futbolda idim. Adlı-sanlı komandada oynamasam da, karyerama peşəkar futbolda başlamışam. Həmin dövrdə birinci dəstədə mübarizə aparan “Qum Adası” komandasında çıxış edirdim. Sonra elə oldu ki, futzala keçdim, özümü burada sınadım, alındı və futzalda qaldım. Neft şirkətləri arasında mini-futbol turnirləri olurdu. O zaman mən gördüm ki məndə yaxşı alınır. Məsləhət gördülər ki, futzalda özünü sına və həmin dövrdən sonra futzalçı oldum.
– 1993-cü ildə keçirilən ilk futzal çempionatından sonra bu idman növü ölkəmizdə sürətlə populyarlıq qazandı.
– Bu 90-cı illərin əvvəllərinə təsadüf edirdi. “Neftçi”nin baş məçqisi İlqar Aslanov, Fikrət Hüseynov, Eyniyev qardaşları, Ağatahir Əzimov, Namiq Məmmədkərimov, Allahverdi Babayev kimi oyunçular məhz həmin dövrdə üzə çıxdı. Əla futzalçılarımız vardı. Həmin nəsil çox güclü idi.
“Səviyyəli yerli futzalçılarımızın sayının az olması ciddi əndişə yaradır”
 
Azərbaycan futzalının “qızıl dövrü”nün oyunçularının adlarını çəkən Salyanski niyə uğura həsrət qaldıqlarına da aydınlıq gətirdi: 
– Mən bunu reqlamentlə əlaqələndirərdim. Həmin vaxtlar qrup mərhələsində ikinci pilləni tutan yığmalar mübarizəni dayandırırdı. Ancaq birinci yerlər növbəti etapa vəsiqə əldə edirdi. Belə olduqda isə İtaliya, İspaniya və s. kimi ölkələrin olduğu qrupda birinci yeri tutmaq çox çətin idi. İndi seçmə mərhələdə, Çempionlar Liqasında iki komanda növbəti mərhələyə yüksələ bilir.
– Müqayisə etsək, 90-cı illərin futzalı ilə hazırki futzal arasında hansı fərqlər gözə çarpır?
– Dövrümüzün futzalının müsbət cəhəti ondadı ki, yığmamız uğur qazanır. Mənfi cəhətinə gəldikdə isə, hazırda 90-cı illərdən fərqli olaraq, səviyyəli yerli futzalçılarımızın sayının az olması ciddi əndişə yaradır. O dövrdə şərait yox idi, hazırda infrastruktur var, yaxşı oyunçular isə gözə dəymir.
– Oynadığınız vaxtlarda ən çox güvəndiyiniz komanda yoldaşınız kim və ya kimlər olub?
– Bəli, belə futbolçular olub. Millinin hazırki baş məşqçisi Biro Jade güvəndiyim oyunçulardan olub. Ondan başqa Rizvan Fərzəliyev meydanda olanda mən inanırdım ki, komanda yoldaşlarım səhvə yol verməyəcək. İndiki vaxtda isə Rövşən Hüseynliyə güvənirəm.
“Bəzən görüş ərzində 20-30 qurtarış edirsən, amma komanda məğlub olur”
Marat Salyanskinin fikrilərini öyrənib “qapıçı sənəti” haqqında soruşmamaq günah olardı: 
– Düşünürəm ki, qolkiper üçün futzal daha çətindi. Burada elə hal ola bilər ki, bir dəqiqə ərzində qapıya 10 zərbə gəlsin. Böyük futbolda isə bəzən 90 dəqiqə əlinə top dəymir. Futzalda bəzən görüş ərzində 20-30 qurtarış edirsən, amma komanda məğlub olur. Böyük futbolda bir-iki qurtarış etsən matçın qəhramanına çevrilə bilərsən. Elə hallar olub ki, 4 penalti zərbəsini dəf etmişəm, bu futzalda normal sayılır. Böyük futbolda penalti qaytarmaq böyük şücaət hesab edilir. Futzalın spesifik cəhəti ondadır ki, etdiyiniz qurtarışların sayına normal baxılır.
– Futzalda “qapıçı komandanın yarısıdır” deyimi var. Bu doğurdan belədir?
– Mən deməzdim ki, komandanın yarısıdı, 30%-i isə hesab etmək olar. Futzal elə oyundu ki, bütün oyunçulardan çox şey aslıdı. Futbolçuların hamısı həm hücum edir, həm də müdafiə olunur. Düzdür, məsuliyyət baxımından qapıçıların işi çətindir.
“Böyük futbolda isə bu qeyri-mümkündür”
Ömrünü futzala həsr edən müsahibimizin Azərbaycanda bu idman növünün indiki səviyyəsi, gələcək perspektivləri haqqında fikirlərini də öyrəndik: 
– Hal-hazırda dünya reytinqində ilk 10-luqdayıq. “Araz”ın Çempionlar Liqasında qazandığı uğurlara baxsaq, demək olar ki, hazırki səviyyə normaldı. İstəyərdim daha yaxşı olsun: Rusiya, İspaniya, İtaliya və s. səviyyədə olmağı kim istəməz? Mən deməzdim ki, bizim səviyyəmiz aşağıdı.
Zaur Axundovun(Azərbaycan Futzal Federasiyasının prezidenti – red.) gəlişindən sonra konkret “Araz”da irəliləyişlər oldu. Yığmamız dünya çempionatında uğurlu çıxış etdi.
– Futzaldakı uğurları böyük futbolda təkrarlaya bilmirik. Sizcə, bunun səbəbi nədir?
– İndi böyük futbolu hamı oynaya bilir, futzalda isə belə deyil. Futzal bir qədər yeni idman növüdür. Almaniya yığmasının böyük futbolda uğurlarını hər kəs bilir, ancaq bu ölkədə futzal demək olar ki, yoxdur. Biz İngiltərəni 10:0 məğlub etmişdik, böyük futbolda isə bu qeyri-mümkündür.
“İstəyərdim ki, millidə öz futzalçılarımız daha çox olsun”
 
Dünya futzalını ağuşuna alan və bizdən yan keçməyən “braziliyalı gəlmələr” problemi haqqında mütəxəssisin öz fikirləri var.   
– Mənim braziliyalıların millimizə cəlb edilməsinə münasibətim normaldı. Onlar 90-cı illərdə yığmaya gətirilsəydi, əlbəttə ki, münasibətim pis olardı. Çünki həmin vaxtlar xeyli sayda səviyyəli yerli futzalçılarımız var idi. Ancaq indi təəssüflər olsun ki, öz oyunçularımız yetişmir. Peşəkar, yaxşı səviyyəli futzalçılar azdı. Belə olduqda da bu boşluğu braziliyalılarla doldurmaq normaldı. Bu hadisə dünya praktikasında var. İspaniya, Fransa, Portuqaliya və digər ölkələrin heyətində xeyli sayda braziliyalı futbolçular çıxış edir. 
Bizim soyadlarımız tamam fərqlidi deyə braziliyalılar seçilir. Ancaq digər ölkələrdə o qədər də nəzərə çarpmır. İstəyərdim ki, millidə öz futzalçılarımız daha çox olsun. Adi yarışlarda azarkeşlərin reaksiyalarını görürük. Braziliyalılar qol vuranda komandamızın azarkeşləri adi qaydada alqışlayır. Azərbaycanlı oyunçu qol vuranda onlar bunu çılğınca qeyd edir. Bu baxımdan gələcəkdə istəyirik ki, öz futzalçılarımız olsun.
– Gələcəkdən söz düşmüşkən, səviyyəli yerli oyunçuların demək olar ki, yetişmədiyi Azərbaycan futzalının perspektivləri necə görünür?
– Əlbəttə ki, mən istəyərdim ki, uşaq akademiyaları olsun, komandaların əvəzedici heyətləri formalaşsın, yerli futzalçılarımız yetişsin. Bəzi komandaların maddi durumu imkan vermir ki, əvəzedici heyət saxlasın və uşaq futboluna diqqət yetirsin. Bunu da başa düşmək olar. Biz gələcəkdə “Araz” klubunun əvəzedici heyətini yaratmaq istəyirik.
– Son illər gənc Rövşən Hüseynli yığmamızın əsas qapıçısıdır, o daha yüksək səviyyədə oynamağa hazırdırmı?
– Məncə hələ ki, tam hazır deyil. Ona təcrübə yığmaq lazımdır, bunun üçün isə zamana ehtiyac var.
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top