İspaniya La Liqasının yeni mövsümündə çıxış edəcək sonuncu komandanın adı bəlli olub. Korner.az-ın məlumatına görə, son vəsiqəni "Valyadolid" qazanıb.
"Pley-off" matçında "Alkorkon" ilə qarşılaşan "Valyadolid" iki matçın nəticəsinə görə (1:1,0:1) güclü olub və La Liqaya vəsiqə əldə edib.
Qeyd edək ki, La Liqanın yeni mövsümünə “Valyadolid”dən öncə “Deportivo” və “Selta” vəsiqə qazanmışdı. “Valyadolid” elitanı 2 mövsüm öncə tərk etmişdi.
