La Liqanın tarixinə düşdü
25.06.2020 , 17:06

“Malyorka”nın futbolçusu Luka Romero İspaniya La Liqasının tarixinə düşüb.
Korner.az xəbər verir ki, o, rekorda XXXI turda keçirilmiş “Real”la oyunda nail olub.
15 yaş 219 günlük olan futbolçu La Liqa tarixinin ən gənc oyunçusu olub.
Öncəki rekord 1939/40 mövsümündə “Selta”nın futbolçusu Sansona aid idi – 15 yaş 255 gün.
