La Liqanın daha bir klubu maaşları azaltdı
12.04.2020 , 20:40

“Levante” də futbolçuların və məşqçilərin məvacibini azaltmağa qərar verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarımçıq dayandırılmış La Liqada mövsüm bərpa olunmasa, futbolçuların və məşqçilərin məvacibində 20 faiz endirim olunacaq.
Mövsüm bərpa olunacağı və azarkeşsiz keçiriləcəyi halda isə, maaşlar 3 faizlik azalma ilə ödəniləcək.
