Futbol

La Liqanın bərpa planı

28.05.2020 , 19:13

Koronavirusa görə dayandırılan İspaniya La Liqasının bərpa planı müəyyənləşib.

Korner.az “Marca”ya istinadən xəbər verir ki, iyunun 11-də başlayacaq çempionat iyulun 12-də başa çatacaq.

La Liqada hər gün azı bir oyun keçiriləcək. Oyunlar 3 müxtəlif saatda baş tutacaq. Hər komandaya növbəti matça hazırlaşması üçün 3 gün vaxtı olacaq.

Son iki turun oyunları isə eyni gündə – iyulun 15-də və 19-da baş tutacaq.

Son yazılar

Yuxarı