“Real”ın kapitanı Serxio Ramos antirekorda imza atıb. İspaniya La Liqasının 16-cı turundan təxirə salınmış “Leqanes”lə oyunda baş verib.
32 yaşlı müdafiəçi bu görüşdə ölkə çempionatında 163-cü sarı vərəqəni alıb. Bununla da o, “Ximnastik”in futbolçusu Alberto Loponın antirekordunu (162) yeniləyib.
Qeyd edək ki, Ramos həmçinin, çempionatda ən çox qırmızı vərəqə alan futbolçudur (19 dəfə).
