La Liqanın ən bahalı futbolçuları açıqlandı: Mbappe və Yamal zirvədə
12.12.2025 , 20:15
“Transfermarkt” La Liqanın ən bahalı oyunçularının reytinqini açıqlayıb.
Korner.az xəbər verir ki, siyahının zirvəsində “Real”ın hücumçusu Kilian Mbappe və “Barselona”nın forvardı Lamin Yamal qərarlaşıblar. Hər iki futbolçunun dəyəri 200 milyon avro qiymətləndirilir.
Üçüncü pilləni isə “Real”ın oyunçusu Cud Bellinqem tutur və onun transfer qiyməti 160 milyon avrodur.