La Liqanı tərk edən 2 klub bəllidir
06.05.2019 , 11:09

İspaniya çempionatında 36-cı tur başa çatıb.
Bu tur çempionatı tərk edən 2 klubun adına aydınlıq gəlib. Bunlar 31 xal ilə “Rayo Valeykano” və 30 xala sahib olan “Ueska” klublarıdır. Hər iki klub keçirəcəkləri növbəti 2 görüşün nəticəsindən asılı olmayaraq Sequnda liqasına yuvarlanacaqlar.
