"Atletiko"nun (Madrid) aparıcı futbolçularından Dieqo Rusiya Premyer Liqasında çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, futbolçunun atası və meneceri olan Dcair da Suna oğlunun Moskva "Lokomotiv"i ilə görüşdüyünü təsdiqləyib. O, rusların braziliyalı üçün 10 milyon avrosundan keçməyə hazır olduğunu, 3 illik müqavilə üçün təklif göndərməyə hazırlaşdığını bildirib.
Dieqo "dəmiryolçular"a keçəcəyi təqdirdə, 3 il ərzində 9.5 milyon avro qazanacaq.
