La Liqadan MLS-ə?
02.11.2023 , 14:51

ABŞ-ın “Los Anceles Qalaksi” klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirə bilər.
Korner.az-ın məlumatına görə, komanda “Atletiko”nun hücumçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir. MLS təmsilçisi ən yaxın vaxtda Madrid klubuna təklif göndərməyi düşünür.
Qeyd edək ki, Moratanın madridlilərlə olan müqaviləsi gələn il başa çatır.
