La Liqadan İngiltərəyə?
25.04.2025 , 14:55

“Real Sosyedad”ın futbolçusu Martin Subimendi İngiltərə klubuna keçə bilər.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi ilə “Arsenal” yaxından maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
“Topçular”ın yayda 26 yaşlı oyunçu üçün təklif göndərəcəyi gözlənilir.
Bu mövsüm 43 oyun keçirən Subimendi, 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
