2018/2019 mövsümündə İspaniya La Liqasında videotəkrar sistemindən istifadə ediləcək
Artıq ispan hakimlər videotəkrar sistemi ilə bağlı məşğələlərə başlayıb.
Bu addımın səbəbi son vaxtlar La Liqada baş verən kobud hakim səhvləridir.
Qeyd edək ki, La Liqa TOP-5 liqaları arasında yeganə çempionatdır ki, orada hətta qol xətti texnologiyasından da istifadə edilmir.
