İspaniya Peşəkar Futbol Liqası (LFP) gələn mövsümdən etibarən klublara qarşı yeni cərimə tətbiq edəcək.
Korner.az-ın məlumatına görə, bu, canlı yayım zamanı kadra boş tribuna düşəcəyi halda baş verəcək.
Yeni qaydalara əsasən, klublar televiziya kadrına düşən sektorları doldurmalıdı. Belə bir qaydanın tətbiq edilməsində məqsəd translyasiya gözəlliyini artırmaqdı. Mümkün cərimələrin məbləği açıqlanmır.
