İspaniya La Liqasında 2015-16 mövsümünün püşkü atılıb.
Korner.az-ın məlumatına görə, Primerorda yeni mövsüm 22-23 avqust tarixlərində başlayacaq.
Çempionata 2016-cı il, mayın 15-də yekun vurulacaq.
Azarkeşlərin maraqla gözlədiyi “El Klasiko”ların vaxtları da məlum olub. “Real” noyabrın 8-də “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edəcək. İkinci “El Klasiko” isə aprelin 3-də “Nou Kamp”da oynanılacaq.
La Liqada birinci həftənin oyun cədvəlini təqdim edirik:
La Liqa 2015-16 mövsümü, 1-ci tur
“Atletik” – “Barselona”
“Malaqa” – “Sevilya”
“Rayo Valyekano” – “Valensiya”
“Levante” – “Selta”
“Espanyol” – “Xetafe”
“Deportivo” – “Real Sosyedad”
“Qranada” – “Eybar”
“Sportinq Xixon” – “Real”
“Atletiko” – “Las Palmas”
“Betis” – “Vilyarreal”
