La Liqada yeni mövsümə bu tarixdə start veriləcək
29.05.2020 , 16:42

İspaniya Peşəkar Futbol Liqasının rəhbəri Xavyer Tebas La Liqada 2020/2021 mövsümünün başlayacağı vaxtı açıqlayıb.
Korner.az xəbər verir ki, o, yeni mövsümə sentyabrın 12-də start veriləcəyini söyləyib:
“La Liqada mövsüm iyunun 11-də bərpa olunacaq. Yeni mövsümə isə sentyabrın 12-də başlayacağıq”
