“Hueska” yeni mövsümdən etibarən İspaniya La Liqasında çıxış edəcək.
Komanda İspaniya Sequndasının 40-cı turunda səfərdə “Luqo”nu 2:0 hesabı ilə məğlub edib və xalını 75-ə yüksəldib.
Beləliklə, “Hueska” sona iki tur qalmış ilk iki pillədən birini təmin edib.
Qeyd edək ki, “Hueska” tarixində ilk dəfə La Liqada oynayacaq.
