Bilbao "Atletiko"sunun baş məşqçisi Marselo Bielse gözlənilmədən istefa verib.
Korner.az-ın məlumatına görə, klubla müəyyən problemlər yaşayan çalışdırıcının istefa verildiyi öyrənilib. Yeni mövsüm əvvəlində ot örtüyünün yaxşı vəziyyətdə olmaması səbəbindən işçilərlə dalaşan və onların ünvanına sərt sözlər işlədən Bielenin bu səbəbdən ayrılması yayılan xəbərlər arasındadır.
Qeyd edək ki, artıq yeni baş məşqçi postuna "Olimpiyakos"un baş məşqçisi Ernesto Valverdenin adı hallanır.
