İspaniya La Liqasında sentyabr ayının ən yaxşıları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, ən yaxşı futbolçu adına Madridin “Atletiko” klubunun hücumçusu Antuan Qrizmann layiq görülüb. Fransalı futbolçu ötən ay La Liqada 4 oyuna 5 qol vurub.
Sentyabrın ən yaxşı baş məşqçisi isə “Atletik”in çalışdırıcısı Ernesto Valverde seçilib. Onun komandası ötən ay La Liqada keçirdiyi 4 oyunun hamısında qalib gəlib.
