La Liqada noyabrın ən yaxşı baş məşqçisi açıqlandı
01.12.2025 , 20:47
İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi seçilib.
Korner.az xəbər verir ki, “Vilyarreal”ın çalışdırıcısı Marselino Qarsiya Toral bu mükafatın sahibi olub. Bu barədə liqanın mətbuat xidməti açıqlama yayıb.
Mükafata namizədlər sırasında “Atletiko”dan Dieqo Simeone və “Barselona”dan Hans Flik də yer alırdı.
Xatırladaq ki, “Vilyarreal” noyabr ayında La Liqada keçirdiyi 4 oyunun hamısında qələbə qazanaraq uğurlu seriya əldə edib. Komanda 13 turun ardından 32 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.