La Liqada klubunu dəyişir
26.03.2025 , 20:46

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi La Liqada klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, “Real” ispaniyalı futbolçunu transfer etmək istəyir.
“Real” Subimendi üçün onun klubu ilə müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
26 yaşlı oyunçu ilə “Arsenal” da maraqlanır.
