İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Korner.az-ın məlumatına görə, bu, “Valensiya”nı çalışdıran Nunu Espiritu Santudu.
2014-cü ilin yayından “yarasalar”a rəhbərlik edən portuqaliyalı mütəxəssisin qələbə seriyası fevralın 2-dən sonra başlayıb. Belə ki, “Valensiya” sözügedən ayın əvvəlində La Liqada “Malaqa”ya uduzsa da, ardıcıl olaraq, “Espanyol”u, “Xetafe”ni, “Kordoba”nı və “Real Sosyedad”ı məğlub etməyi bacarıb.
