Təlim-məşq toplantısını Antalyada davam etdirən daha bir futbolçu ilə müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllılar"ın heyətinə qatmaq istədiyi futbolçu İspaniyanın "Saraqosa" klubunun sabiq qapıçısı Toni Doblasdır.
Bu gün Doblas komandanın düşərgəsində olacaq. Digər tərəfdən isə, hazırda baxışda olan Filip Lançariç komandadan uzaqlaşdırılacaq.
Qeyd edək ki, Doblasın axırıncı komandası "Xeres" klubu olub.