La Liqada cari mövsüm ləğv ediləcək?
31.03.2020 , 17:13

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının cari mövsümü ləğv edilə bilər.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Çempionat iyunun 27-nə kimi bərpa olunmasa, cari mövsüm ləğv ediləcək.
Digər variant isə çempionatın iyunun sonlarına qədər başlaması və oyunların 3 gündən bir keçirilməsidir.
