“Deportivo” baş məşqçi Kristobal Parralonu istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Ötən ilin oktyabr ayından La Karunya təmsilçisini çalışdıran ispan mütəxəssis uğursuz nəticələrə görə tutduğu vəzifədən azad olunub.
La Liqanın son turunda “Real Sosyedad”a 0:5 hesabı ilə uduzan “Deportivo” 22 oyundan sonra 18-ci pillədə qərarlaşıb.
