La Liqada ayın ən yaxşısı seçildi
30.03.2025 , 14:27

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Betis”in yarımmüdafiəçisi İskodur.
O, namizədlər arasından Kilian Mbappe (“Real”), Pedro Diaz (“Rayo Valyekano”), Umar Sadiq (“Valensiya”) və Markos Alonsonu (“Selta”) qabaqlayıb.
Ötən ay ispaniyalı futbolçu 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
