La Liqada ayın ən yaxşısı seçildi
09.04.2022 , 14:14

İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliksdir.
Feliks mart ayında Primero da meydana çıxdığı 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
