La Liqada ayın ən yaxşı baş məşqçisi seçildi
27.01.2025 , 21:39

İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Xetafe”nin çalışdırıcısı Xose Bordalasdır.
Təcrübəli mütəxəssis səsvermədə Karlo Ançelotti (“Real”) və Borxa Ximenesi (“Leqanes”) qabaqlayıb.
“Xetafe” hazırda La Liqada 23 xalla 14-cü sırada qərarlaşıb.
