İspaniya Futbol Federasiyası La Liqa çərçivəsində oynanılan bir qarşılaşmaya görə təhqiqata başlayıb.
Korner.az-ın məlumatına görə, söhbət “Deportivo” – “Levante” matçından gedir.
Federasiyanın mətbuat katibi Xuan Karlos Santamariya aprelin 13-də keçirilmiş və “Deportivo”nun 4:0 hesabıyla qalib gəldiyi qarşılaşmada oyun alqı-satqısının olması şübhəsiylə araşdırmalara başlanıldığını təsdiqləyib.
“Levante”nin saytında yayımlanan xəbərdə isə bildirilib ki, klub təhqiqata yardım etməyə hazırdı.
Qeyd edək ki, “Deportivo” turnir cədvəlinin son pillələrində yer alır və La Liqanı tərk etmək təhlükəsi yaşayır.
