İspaniya La Liqasında 24-cü tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.
“Las Palmas” öz meydanında “Real Sosyedad”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0.
“Las Palmas” – “Real Sosyedad” – 0:1
Qol: Prieto, 74
Turun digər oyunları bu gün və dabah keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Real” başçılıq edir. “Barselona” 51 xalla 2-ci, “Sevilya” 49 xalla 3-cüdür.
