La Liqa oyunları Kanadada keçiriləcək
16.08.2018 , 18:00

İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək
“Relevant Sports” şirkəti ilə 15 illik müqavilə imzalan La Liqa təmsilçiləri konkret olaraq hansı oyunların nə vaxt ABŞ və Kanadada oynayacağı barədə məlumat verməyib.
İspaniya mətbuatı 2018/2019 mövsümündə “Real” və “Barselona”nın sözügedən ölkələrdə matç keçirə biləcəyini yazıb.
Qeyd edək ki, La Liqaya avqustun 17-i start veriləcək.
