La Liqa nəhəngi bu dəfə İtaliyaya üz tutdu
10.04.2025 , 12:51

“Barselona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Fiorentina”nın müdafiəçisi Dodo ilə maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 26 yaşlı braziliyalı oyunçunun hələlik İtaliya klubundan ayrılmaq istəmədiyi bildirilib.
Bu mövsüm A Seriyasında 30 oyunda forma geyinən futbolçu 4 məhsuldar ötürmənin müəllifidir.
