La Liqa klubundan yeni transfer
12.07.2024 , 23:21

“Real Sosyedad” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Mançester Siti”dən Serxio Qomesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. La Liqa klubu bu keçid üçün 9 milyon avro ödəyib.
