La Liqa klubundan yeni transfer
14.07.2023 , 17:16

“Jirona” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə çempionu “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Yanxel Erreranı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu İspaniya klubu ilə 4 illik müqaviləyə imza atıb.
