La Liqa klubunda yeni qapıçı
29.09.2022 , 13:41

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Yaqo Errerini heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
İspaniyadan olan qapıçının sonuncu iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Raed” olub.
