La Liqa klubunda yeni müqavilə
15.04.2020 , 17:53

“Qranada” futbolçusu Roberto Soldadoyla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
La Liqa klubu 35 yaşlı hücumçu ilə 2021-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.
Soldado bu mövsüm “Qranada” ilə 29 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
