La Liqa klubunda yeni müqavilə
04.02.2021 , 17:46

“Atletik” müdafiəçisi Oskar de Markosla müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı futbolçu ilə 2022-ci ilin yayın qədər yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.
