La Liqa klubunda yeni müqavilə
24.07.2020 , 17:39

“Selta” qapıçısı Serxio Alvareslə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2021-ci ilin iyununa kimi “Selta”nın uğurları üçün çalışmağa davam edəcək.
Qeyd edək ki, ispan futbolçu “Selta”nın öz yetirməsidi.
