La Liqa klubunda yeni müqavilə
06.06.2020 , 15:53

“Betis” hücumçusu Loren Moronla sözləşmənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2022-ci ilin yayında başa çatacaq müqavilə 2024-cü ilin yayına qədər artırılıb.
Moron 2015-ci ildən “Betis”də çıxış edir.
