Dünya Futbolu

La Liqa klubunda yeni müqavilə

30.04.2022 , 13:54

“Real Sosyedad” futbolçusu David Silva ilə yeni müqavilə imzalayıb.

Korner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.

2020-ci ilin iyulundan “Real Sosyedad”da çıxış edən Silva komandada 56 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə edib.

Son yazılar

Yuxarı