La Liqa klubunda yeni baş məşqçi
18.06.2023 , 20:57
“Almeriya”nın yeni baş məşqçisi bəlli olub.
Korner.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
La Liqa klubuna Visente Moreno rəhbərlik edəcək. 48 yaşlı ispaniyalı mütəxəssis bu postda Rubini əvəz edib.