La Liqa klubunda yeni baş məşqçi
19.06.2021 , 11:47
“Qranada”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı Roberto Moreno çalışdıracaq. O, bir müddət əvvəl bu vəzifəni tərk edən Dieqo Martinesi əvəzləyib.
43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Morenonun son iş yeri “Monako” olub.