La Liqa klubunda yeni baş məşqçi
18.11.2022 , 18:01

İspaniyanın “Elçe” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Pablo Maçinlə anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Elçe” hazırda La Liqada sonuncu pillədə qərarlaşıb.
