La Liqa klubunda yeni baş məşqçi
06.04.2021 , 19:41

“Alaves”in yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Xavi Kalyexa çalışdıracaq.
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. O, mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Kalyexa bu vəzifədə Abelardo Fernandesi əvəzləyib.
