La Liqa klubunda yeni baş məşqçi
15.02.2023 , 16:18

“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Ruben Baraxa çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Baraxa “Valensiya”da ötən ay istefaya göndərilmiş Cennaro Qattuzonu əvəz edib.
